!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daşınmaz Əmlak Sərgisi fiaskoya uğradı - Videoreportaj

!Reklam – Yazi

Bakıda 4-cü Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi işə başlayıb.

Yenicag.az xəbər verir ki, noyabrın 24-nə qədər davam edəcək sərgidə 9 ölkədən – Azərbaycan, Türkiyə, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Monteneqro, İspaniya, Portuqaliya, Böyük Britaniya və ABŞ-dan lahiyələrin təqdimatı keçirilir.

Maraqlıdır ki, belə bir mühim tədbirə maraq çox az olub. Əsasən, stendi olan şirkət təmsilçilərinin və jurnalistlərin qatıldığı sərgidə bir neçə şirkət istisna olmaqla, demək olar ki, tanınmış şirkət iştirak etmir. Nəinki Azərbaycandakı böyük tikinti şirkətlərinin, qardaş Türkiyənin də iri maqnatlarının maraq göstərmədiyi sərgidə Rusiya başda olmaqla, postsovet ölkələri də iştirak etmir. Gürcüstan isə bir neçə orta və aşağı səviyyəli inşaat firmaları ilə qatılıb. Monteneqrodan qatılan şirkətlərin isə Azərbaycan ortaqlı olduqları sərgidə bildirildi.

Nəzərə alsaq ki, dövlət bu sahəyə çox ciddi dəstək verir və bu kimi sərgilər dəstəklənir. Bu dəstəyin qarşılığında sərgidən gözləntilər də çox idi. Ancaq boş salon, öz ölkələrinin üçüncü-dördüncü dərəcəli şirkətləri ilə Azərbaycanın ən mühüm Daşınmaz Əmlak Tədbiri sadəcə yola verilib. Bu təkcə jurnalistlərin deyil, orada iştirak edən və belə sərgilərin keçirilməsində təcrübəsi olan hər kəsin üzündən oxunurdu.

www.yenicag.az

12959
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv