Daşınmaz əmlakın dövlət reyestri ilə bağlı ödənişin miqdarı təsdiq edildi

Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı təsdiq edilib.

Yenicag.az-ın məlumatına görə, bu barədə qərar Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.

Qərara görə, “Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı” təsdiq edilir (əlavə olunur)”.