!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daşınmaz əmlakın sığortası və bu sahədəki mövcud problemlər... - "Fikrət Məmmədovla İQTİSADİ BAXIŞ" / VİDEO

!Reklam – Yazi

“Fikrət Məmmədovla İQTİSADİ BAXIŞ” verilişi üçüncü buraxılışını təqdim edir.

“Yeni Çağ” Media Qrupun layihəsinin bu buraxılışında daşınmaz əmlakın sığortası və bu sahədəki mövcud problemlər barəsində geniş məlumat ala biləcəksiniz.

Video:

Buraxılışın mətni:

Ölkəmizdə bir çox sahələrdə olan problemlər daşınmaz əmlak bazarında da özünü göstərir. Bu problemlərdən biri daşınmaz əmlakın icbari sığortası və vətəndaşların bu məsələyə meylli olmaması ilə bağlıdır. Avtomobillərlə daşınmaz əmlakın icbari sığortası eyni vaxtda tətbiq edilməyə başlasa da, daşınmaz əmlakın icbari sığortasında xeyli zəiflik müşahidə edilir. Belə ki, ölkədə avtomobillərin 99 faizinə icbari sığorta tətbiq edilirsə, bu göstərici daşınmaz əmlakın icbari sığortasında olduqca aşağıdır. Azərbaycanda daşınmaz əmlakın sığortasının məcburi olması əksər vətəndaşların narazılığına səbəb olur.

Əslində daşınmaz əmlakın sığortalanması əhəmiyyətli olsa da, bu qanunun ölkəmizdə yüksək səviyyədə işlədiyini söyləmək çətindir.

Çünki vətəndaşların əksəriyyəti öz əmlakını sığortalamaqda maraqlı deyil və qanunun məcburi olmasına etiraz edirlər. Bu narazılığın başlıca səbəbi müvafiq dövlət qurumlarının laqeydliyi və bu sahədə maarrifləndirmə işlərinin aparılmamasıdır. Çünki daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın hansısa hadisələr nəticəsində məhv olması və dəyən zərərin əvəzinin ödənilməsini nəzərdə tutan bir addımdır. Araşdırmaya görə, Azərbaycanda daşınmaz əmlakın icbari sığortası ilə bağlı potensialın təxminən 90%-dən istifadə olunmur. Bu baxımdan ölkədə icbari qaydada sığortalamağın mümkün olduğu təxminən 1 milyon mənzil və fərdi ev olsa da, bunun cəmi 100 mini sığortalıdır.

Bu gün əmlak sığortası ilə bağlı vəziyyətin ürəkaçan olmaması təəssüf doğurur. Halbuki icbari sığortadan istifadə edilməsi olduqca vətəndaşların özü ilə yanaşı, sığorta bazarının inkişafına da müsbət təsir edə bilər. Daşınmaz əmlakın icbari sığortasının üstün cəhətlərindən biri aztəminatlı ailələrin mənzilləri və yaşayış evlərinin dövlət tərəfindən sığortalanmasının həyata keçirilməsidir. Lakin bu kateqoriyadan olan insanlar da icbari sığortanın bu növündən məlumatsızdırlar.

Ümid edək ki, müvafiq qurumlar bu məsələnin vacibliyini nəzərə alacaq və ən qısa zamanda maarrifləndirmə işlərini gücləndirəcəklər. Vətəndaşlar məcburi və ya icbari olaraq bu sığortadan istifadə etməli və bütövlükdə sığorta imkanlarının artmasına təkan verməlidirlər.

www.yenicag.az

1687
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv