Daşkəsəndə göldə kişi meyiti aşkarlanıb.
Yenicag.az xəbər verir ki, rayonun Xoşbulaq kəndində yerləşən göldən meyiti tapılan şəxsin Gəncə şəhər sakini, 1956-cı il təvəllüdlü Abbasov Ələddin Firudin oğlu olduğu müəyyənləşib.
Göldən ona məxsus “VAZ 2106” markalı avtomobil də tapılıb. Məlumata görə, mərhum ürək çatışmazlığından əziyyət çəkib. O, bu il oktyabrın 31-də avtomobili ilə birlikdə itkin düşüb. Bununla bağlı polisə məlumat verilib.
/Apa/