Daşkəsəndə ana və körpəsi qətlə yetirilib

Daşkəsən rayonunda ana və azyaşlı övladının meyiti tapılıb.

Hadisə rayonunun Şahvələdli kəndində qeydə alınıb.

Kənd sakini 37 yaşlı Kəmalə Məmmədova və onun yeni doğulan, 20-25 günlük körpə qızının meyiti yaşadıqları evdə aşkarlanıb.

Qadının üzərində xəsarət izləri var, onun və körpəsinin qətlə yetirildiyi bildirilir.

Qətlin qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Rafiq Ələkbərov tərəfindən törədildiyi ehtimal olunur. Hazırda R. Ələkbərov axtarılır.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır. (APA)

Yenicag.az

COP29