Daşkəsəndə avtomobil dərəyə AŞDI – Sürücü öldü

Daşkəsəndə dərəyə aşan avtomobilin sürücüsü ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, oktyabrın 13-də saat 1 radələrində Daşkəsən rayonunun Əhmədli kəndi ərazisində Dəstəfur kənd sakini Turan Məmmədov idarə etdiyi “QAZel” markalı avtomobili dərəyə aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.