!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daşkəsəndə baş verən dəhşətli qəzanın - VİDEOSU

!Reklam – Yazi

Daşkəsən rayonunda 6 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az ARB TV-yə istinadən xəbər verir ki, mikroavtobus Bayan kəndində “VAZ-2106” markalı avtomobillə toqquşub.

Nəticədə Daşkəsən rayon sakinləri – mikroavtobusun sürücüsü, 54 yaşlı Zahid Allahyarov, onun sərnişinləri – 51 yaşlı Elşən Qurbanov, 53 yaşlı Zərqələm Verdiyeva, iki azyaşlı, “VAZ-21 06”nın sərnişini, 61 yaşlı Çapay Əliyev xəsarət alıblar.

Zahir Allahyarov (zərərçəkən): “Mən Gəncədən çıxıb Daşkəsənə gedirdim. Yolda maşınları ötmək istəyirdim, biri mənim yoluma çıxdı və maşınıma girdi”.

Böyüklər Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, uşaqlar isə Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

2146
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv