Daşkəsən rayonunda dəhşətli yanğın hadisəsi olub.
Yenicag.az xəbər verir ki, rayonun Quşçu kəndindəki evlərdən birində baş vermiş yanğın zamanı 5 nəfər həyatını itirib.
Ölənlər arasında 1, 6, 8 və 11 yaşlı dörd uşaq var: Tağıyeva Sevinc Şahin qızı (1990), Tağıyeva Aysun Asim qızı (2010), Tağıyev Sakit Asim oğlu (2012), Tağıyev Sadiq Asim oğlu (2017), Ədilxanova Günel Qoşqar qızı (2007)
Yanğının başvermə səbəbləri hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır./Report/