Daşkəsəndə kişi həyat yoldaşını, sonra qayınatasını bıçaqladı

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Bayan kəndində qeydə alınıb.

1965-ci il təvəllüdlü İsa Quliyev və onun qızı, 1997-ci il təvəllüdlü Aytən Quliyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstə əməliyyat edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə hadisəni ailənin kürəkəni törədib.

Polis araşdırma aparır./APA