Daşkəsəndə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xoşbulaq kəndinə gedən yolda qedyə alınıb.
Belə ki, 34 yaşlı Qalib Əsgərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçmək istəyən 5 yaşlı Amin Hüseynovu vurub.
Azyaşlı sürücü tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.