Daşkəsəndə yeniyetmə canına qıydı

Daşkəsəndə yeniyetmə qız özünü asaraq intihar edib.

Yenicag.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Astaf kəndində qeydə alınıb.

İntiharın səbəbləri hələ məlum deyil.

Qeyd edək ki, bir müddət əvvəl intihar edən qızın atası meşədə üzərinə ağac aşması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.