!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daşkəsəndə yük avtomobili aşdı - Yaralılar var

!Reklam – Yazi

Daşkəsəndə yük avtomobilinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın verdiyi məlumata görə, qəza rayonda yerləşən Qoşqar dağı ərazisində baş verib. Hərəkətdə olan “Ural” markalı yük avtomobilinin aşması nəticəsində iki nəfər ağır xəsarət alıb. Qəza nəticəsində yaralanan 1990-cı il təvəllüdlü Zakir Cəfərov, 1978-ci il təvəllüdlü Tofiq İsmayılov Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.

Onlara tibbi yardım göstərilib. Xəsarət almış şəxslərdən T.İsmayılovun vəziyyəti ağır, digərinin isə orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv