Ermənistanda daxili ictimai-siyasi sabitliyi pozmaqla məşğul olan müxalifət nümayəndələrinə qarşı tədbirlər görülür.
Yenicag.az xəbər verir ki, hüquq-mühafizə orqanları Daşnaksütyun Partiyasının 13 üzvünü saxlayıb.
Daşnaksütyun Partiyasının ali orqanının üzvü Gerasim Vardanyan iyunun 15-də Ermənistan İstintaq Komitəsinə dəvət olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Saxlanılan daha bir nəfər üç aylıq həbs cəzasına məhkum edilib.
Saxlanılanlar arasında 2 qadın da var.