Daşqınlar 19 can aldı – 20 yaralı, itkin düşənlər var

Əfqanıstanın qərb və şimal hissələrində baş verən daşqınlar nəticəsində azı 19 nəfər həlak olub.

Yenicag.az xəbər verir ki, təbii fəlakət nəticəsində, həmçinin 20-yə yaxın insan xəsarət alıb, 10-dan çox insan itkin düşüb, yüzlərlə ev və kənd təsərrüfatı sahələri məhv olub.

Leysan yağışları səbəbindən baş verən daşqınlar Herat, Badgis və Fəryab əyalətlərinə ciddi zərər vurub.