Türkiyənin Rizə və Artvin vilayətlərində leysan yağışların yaratdığı sel daşqınları 8 nəfərin həyatına son qoyub, 17 nəfər xəsarət alıb. Yenicag.az APA-ya istinadən xəbər verir ki, daha iki nəfər itkin düşmüş hesab edilir.
Bir neçə mahalda yaşayış evləri uçub, yollar dağıdılıb, elektrik enerjisi təchizatında və rabitənin işində fasilələr yaranıb. Rizədə yerli SES sıradan çıxıb.