Daşqınlar səbəbindən 1,6 min insan təxliyə edildi

Fransanın cənubunda daşqınlar səbəbindən 1,6 min insan təxliyə edilib.

Yenicag.az xəbər verir ki, kempinqlərdə olan 750-yə yaxın turist helikopterlər vasitəsi ilə daha təhlükəsiz yerlərə təxliyə edilib.

Daşqınlar nəticəsində 70 yaşlı almaniyalı turist itkin düşüb.

Fransanın daxili işlər nazirliyi öz “Twitter” səhifəsində bildirib ki, daşqınlar ölkənin 6 rayonunda baş verib. Ən güclü daşqınlar Qar, Ardeş və Drom departamentlərində qeydə alınıb. Hadisə yerlərində xilasedici xidmətlər işləyir.

COP29