DATÜB Gənclik Qolları heyəti Azərbaycana səfər etdi – VİDEO

Dünya Axısxa Türkləri Birliyinin (DATÜB) Gənclik Qolları heyəti Azərbaycana səfər edib.

Yenicag.az xəbər verir ki, Gənclik Qolları İdarə Heyətinin üzvü Məhəmməd Nizam, Baş Koordinator Vehbi Bərk Ülkərdən ibarət heyət Azərbaycanda bir sıra görüşlər keçirib.

Heyət ilk olaraq Şəhidlər Xiyabanını, Türk şəhidliyini və Milli Qəhrəman İsgəndər Aznaurovun məzarını ziyarət edib.

Diasporla İş üzrə Dövlət Komitəsində olan heyət Aparat rəhbəri Daşqın Rəcəbli ilə görüşüb.

Səfər çərçivəsində axısxalı gənclərlə bir araya gələn heyət Azərbaycanda yaşayan Axısxa türklərinin “Vətən” İctimai Birliyində olub, bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Bundan başqa, gənclərlə bağlı bir sıra ictimai birliklər də ziyarət edilib, həyata keçirilməsi real görünən ortaq layihələrlə bağlı müzakirələr aparılıb.

Yenicag.az-a müsahibə verən Baş Koordinator Vehbi Bərk Ülkər Gənclik Qollarının gələcək planları barədə məlumat verib.

Qeyd edək ki, heyəti DATÜB-ün Azərbaycan təmsilçisi Mövlud Işık müşayiət edib.

Aqil Bəkir

COP29