Pələng ili həm də şou-biznes və sənət aləmində qalmaqallarla da yadda qaldı. Kimisi efirdən qovuldu, kimisi saçyolduya çıxdı, kimisi də ölümlə hədələdi…
Yenicag.az ilin ən səs-küylü qalmaqallarını təqdim edir:
Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyeva arasında da qalmaqal yaşandı. Qalmaqal şairənin rəqqasəni məhkəməyə verməsi ilə nəticələndi. Nəticədə Nazilə Fatimədən külli miqdarda təzminat tələb etdi.
Aparıcı Zaur Kamalın iranlı müğənni Afşin Azərini efirdən qovması sosial şəbəkələri bir-birinə vurdu.
Müğənninin “İki kişinin xüsusi söhbəti biri-birinin yanında qalsa daha yaxşı olar” deməsi Zauru özündən çıxardı. O, “Mən səni efirdən çıxaracağam, sən bir də mənim proqramımda olmayacaqsan”, – deyərək, müğənnini efirdən qovdu.
Aparıcı və aktyor Sərxan Kərəmoğlu ilə müğənni Rəqsanə İsmayılova qırğına çıxdı. Qalmaqala səbəb Sərxanın Rəqsanənin qızı Aysunun evliliyini oyun adlandırması və Rəqsanəyə inanmadığını deməsi oldu.
İşə Rəqsanənin həyat yoldaşı iş adamı Fazil Əmiraslanov da qarışmalı oldu. O, Kərəmoğlunu hədələdi. Bundan əsəbiləşən Fazil “Whatsapp” vasitəsi ilə göndərdiyi təhdid, təhqir və nalayiq ifadələrlə dolu səs yazısını yaydı.
“Baku Crystal Hall”da keçirilən “Best Model of Azerbaijan 2022” yarışması da qalmaqalsız ötüşmədi. Lina Uzun adlı modelin qalib olması sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb oldu. Linanın azərbaycanlı olmaması, eyni zamanda boyunun 1 metr 55 santimetr olması iştirakçıların müsabiqəni boykot etməsi ilə nəticələndi.
Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində ekspert qismində əyləşən jurnalist Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında qarşıdurma yaşandı. Vəziroğlu, “Bu qadında ləyaqət yoxdur”, – deyərək xanım vəkilin üstünə su tökdü.
İlin son ayında isə Xalq artisti Rasim Balayev, Şəfiqə Məmmədova və Ayaz Salayev söz davasına çıxdılar. Balayevin Azərbaycanda fəaliyyət göstərən iki eyni qurumun – Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) birləşdirilməsi təklifi qarşı tərəfdə qıcıq yaratdı.
Salayev Balayevə sərt cavab verdi. Qalmaqal daha da alovlandı. Ayaz Salayevin, “Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə Şəiqə Məmmədovdan başqa alternativ yoxdur”, – fikri aktyor Azər Aydəmiri sərt danışmağa məcbur etdi. Aydəmir, “Bu insanın, psixi problemləri var”, – deyib, Salayevi təhqir etdi.
Cəvahir