!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Davam” Gənclər Hərəkatının sədri AK Partidə görüşlər keçirdi - FOTO

!Reklam – Yazi

“Davam” Gənclər Hərəkatının sədri fevralın 23-24-ü Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində olub. 

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 22 fevral İzmir toplantısında partiyanın Gənclər Birliyinin yeni sədri Eyyüp Kadir İnanın təqdimatından sonra o, 23 fevral tarixində vəzifəsinin icrasına başlayıb. AK Parti Mərkəzi Qərargahında Eyyüp Kadir İnanın ilk rəsmi görüşü Azərbaycandan olan “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı ilə baş tutub.

Görüş zamanı iki ölkənin sürətlə inkişaf edən iqtisadi-siyasi əlaqələri müzakirə olunub, gənclərin bu prosesdə fəal rol almaları ilə bağlı danışıqlar aparılıb. Həmçinin Azərbaycanda yaşayan və Türkiyə vətəndaşı olan gənclərin də təmsil olunduğu birgə platforma qurulması, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və birgə əməkdaşlıq layihələrinin icrası ilə bağlı iş planının hazırlanmasına başlanıb.

Sonda xatirə fotosu çəkilib, Azərbaycanın dostu Eyyüp Kadir İnana Vətən müharibəsində ölkəmizə göstərdiyi mənəvi dəstəyə görə “Davam” Gənclər Hərəkatı adından təşəkkürnamə təqdim edilib.

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv