!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Davam” Gənclər Hərəkatının sədrinin Ankara səfəri davam edir - FOTO

!Reklam – Yazi

“Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlının Ankaraya səfəri çərçivəsində AK Partidə görüşləri davam edir.

Səfər çərçivəsində fevralın 24-də Nihad Allahyarlı AK Parti Gənclər Birliyinin İdarə heyətinin üzvü, təşkilati məsələlər üzrə sədr müavini Furkan Leventoğlu və birliyin İdarə heyətinin təsisçi üzvü olan və 11 il sədr müavini kimi çalışmış Volkan Demirellə görüşüb.

Görüş zamanı Azərbaycanın əzəli torpaqları olan Qarabağ uğrunda mübarizədə haqq və ədalətlə qazandığımız şanlı Zəfərimiz barəsində söhbət açılıb, 44 günlük Vətən müharibəsi ərzində qardaş ölkə Türkiyənin müxtəlif qeyri-hökumət təşkilatlarının, medya qurumlarının dəstəyinin xüsusi rolu qeyd olunub, eləcə də “Davam” Gənclər Hərəkatının və AK Parti Gənclər Birliyinin birgə əməkdaşlığı ilə Xocalı soyqırımı ilə əlaqədar olan tədbirlərin, layihələrin keçirilməsi ilə bağlı danışıqlar aparılıb.

Sonda xatirə fotosu çəkilib, Azərbaycana daima dəstək olan Furkan Leventoğluna Vətən müharibəsində göstərdiyi mənəvi dəstəyə görə “Davam” Gənclər Hərəkatı adından təşəkkürnamə təqdim olunub.

www.yenicag.az

708
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv