“Davam” #HeydarAliyev həştəqini qlobal gündəmə çevirib – FOTO

10 may səhər saatlarından etibarən “Davam” Gənclər Hərəkatı tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq “Twitter” sosial media platforması üzərindən “Heydər Əliyev 99” adlı kampaniyaya start verilib.

Kampaniya çərçivəsində #HeydarAliyev, #HeydərƏliyev99, #davam2022 həştəqləri ilə Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş müxtəlif tvitlər paylaşılıb. Bu tvitlər yarım milyondan çox istifadəçiyə çatıb.

Xüsusilə 58 mindən çox tvitdə istifadə olunan #HeydarAliyev həştəqi “Twitter”in ölkə və qlobal səviyyədə, yəni dünya gündəminə çevrilib.