Davamçı gənclər şəbəkəsinin formalaşdırılması prosesi davam edir

“Davam” Gənclər Hərəkatı tərəfindən davamçı gənclər şəbəkəsinin formalaşdırılması prosesi davam edir. Proses çərçivəsində Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev tərəfindən NFE (non-formal education) təlimləri həyata keçirilib.

Təlimlər tam ödənişsiz formada “Davam” Gənclər Hərəkatının mərkəzi ofisi olan Bakı Dayaq Mərkəzində baş tutub.

Müxtəlif mövzuları əhatə edən təlimlər zamanı davamçı gənclər liderlik, layihənin idarə edilməsi ilə bağlı metodlar və digər mövzularla əlaqəli bacarıqların inkişafı üçün geniş məlumat əldə ediblər.

Təlimlər boyunca müxtəlif əyləncəli oyunların keçirilməsi gənclərin yüksək marağına səbəb olub. Bununla yanaşı onların maraq dairəsinə daxil olan digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

“Davam” Gənclər Hərəkatı qeyd edib ki, təlimlərin davamlı olaraq keçirilməsini təmin edəcəkdir.

COP29