!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Davamçı gənclər şəbəkəsinin formalaşdırılması prosesi davam edir

!Reklam – Yazi

“Davam” Gənclər Hərəkatı tərəfindən həyata keçirilən davamçı gənclər şəbəkəsinin formalaşdırılması prosesi çərçivəsində yeni üzv olan gənclərlə səmimi görüşlər davam edir.

Görüşlər zamanı “Davam” Gənclər Hərəkatının fəaliyyəti və gələcək layihələri haqqında məlumat verilib. Bununla yanaşı gəncləri düşündürən məsələlər barəsində səmimi söhbətlər edilib, onların şəxsi inkişafı ilə bağlı fikir və təkliflər dinlənilib. İrəli sürülən təklif və təşəbbüslərlə bağlı geniş müzakirələr aparılıb.

Bu görüşlər nəticəsində gənclərin tələbatının çox olduğu istiqamətlər üzrə əməli addımlar atılıb. Davamçı gənclərdən gələn sosial sifarişlərdən biri olan ödənişsiz dil kursları artıq fəaliyyətə başlayıb.

Gənclərin təklif və istəklərinin müzakirə olunduğu və yeni ideaların ortaya qoyulduğu görüşlərdə “Davam” Gənclər Hərəkatının baş katibi Nigar Aslanova, İdarə heyətinin üzvləri – Natiq Mehdiyev, Məhəmməd Türkmən, Sara Rəcəbli, Sabir Rüstəmov, Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev iştirak edib.

“Davam” Gənclər Hərəkatı fəaliyyətinin şaxələnməsinə göstərdiyi dəstək üçün Azərbaycan Respublikasının Gənclər Fonduna təşəkkür edir.

www.yenicag.az

468
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv