Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Davamçı gənclər şəbəkəsinin formalaşdırılması prosesi həyata keçirilir

“Davam” Gənclər Hərəkatı tərəfindən həyata keçirilən davamçı gənclər şəbəkəsinin formalaşdırılması prosesi çərçivəsində yeni üzv olan gənclərlə səmimi görüşlər keçirilir.

Yenicag.az xəbər verir ki, görüşlər zamanı “Davam” Gənclər Hərəkatının fəaliyyəti və gələcək layihələri haqqında məlumat verilib. Bununla yanaşı gənclər özlərini təqdim edib, suallarını ünvanlayıb, öz təklif və ideyalarını irəli sürüblər. Səmimi söhbət əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bu günə kimi baş tutan görüşlərdə “Davam” Gənclər Hərəkatının baş katibi Nigar Aslanova, İdarə heyətinin üzvləri – Sara Rəcəbli, Reyhan Camalova, Rasul Çunayev, Sabir Rüstəmov, Nərmin Knyazlı, Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev iştirak edib.

Qeyd edək ki, “Davam” Gənclər Hərəkatı fəaliyyətinin şaxələnməsinə göstərdiyi dəstək üçün Azərbaycan Respublikasının Gənclər Fonduna təşəkkür edir.

Loading...

www.yenicag.az

152
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100