!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“DAVAM”ın yeni sədri Nihad Allahyarlı kimdir? - DOSYE

!Reklam – Yazi

Xəbər verdiyimiz ki, “DAVAM” Ümumrespublika Gənclər Hərəkatı təsis edilib. Təşəbbüs Qrupunun qərarına əsasən Nihad Allahyarlı “DAVAM” Ümumrespublika Gənclər Hərəkatının sədri seçilib.

DOSYE: Nihad Allahyarlı ictimai fəaliyyətə təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universiteti THİK-nin sədr müavini olaraq başlayıb. Daha sonra “Eurovision 2012” mahnı müsabiqəsi və “U-17 Qadınlararası Dünya Çempionatı”nın Əməliyyat Komitələrində fəaliyyət göstərib.

2013-2014-cü illərdə “İRƏLİ” İctimai Birliyinin təlim və karyera mərkəzinin rəhbəri, 2015-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universiteti İnnovativ Biznes İnkubatorun layihələr və kommunikasiya departamentinin rəhbəri kimi çalışıb.

2013-cü il Azərbaycan Respublikasında Prezident seçkilərində Cənab İlham Əliyevin seçki platformasına dəstək məqsədi ilə həyata keçirilən “10il” kampaniyasının rəhbəri, “Mənim Prezidentim” layihəsinin koordinatoru olub.

2016-cı ildə Prezident İlham Əliyevin təklifi əsasında baş tutan Azərbaycan Respublikasında Referendum üzrə “Bələdiyyə” təşviqat qrupunun vəkili kimi təşviqat prosesində Şamaxı, Sabirabad və Qazax rayonlarında yerli əhali ilə görüşlərdə iştirak edib.

N. Allahyarlı 2016-2018-ci illərdə mərkəzi ofisi Almaniyanın Berlin şəhərində yerləşən YPİDA Beynəlxalq Qeyri-Hökümət Təşkilatının İdarə Heyətinin üvzü və alt qurumu olan “Əlaqələndiricilər Şurası”nda ölkə təmsilçisi kimi fəaliyyət göstərib. Bu günə qədər 57 lokal, 11 beynəlxalq layihəyə rəhbərlik edərək, icraçısı olub.

2019-2020-ci illərdə ölkənin ən böyük tələbə kontingetnin təhsil aldığı Bakı Dövlət Universtetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.

Səbail Bələdiyyəsinin üzvüdür. 2019-cu il Bələdiyyə seçkilərində 29 saylı Səbail seçki dairəsindən 8 minə yaxın seçicinin dəstəyini qazanaraq, Səbail bələdiyyəsinin üzvü seçilib və ölkə üzrə ən çox səs toplayan namizədlərdən olub. 2020-ci il ölkəmizdə baş tutan növbədənkənar parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının vahid namizədi olub.

www.yenicag.az

1273
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv