İsveçrənin Davos şəhərində yanvarın 24-dək davam edəcək Dünya İqtisadi Forumu (WEF) başlayır.
Yenicag.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Bildirilib ki, konfransın mövzusu “İntellektual əsr üçün əməkdaşlıq” olacaq.
Tədbirdə 130-dan çox ölkədən 3 minə yaxın qonağın iştirakı gözlənilir. Davosda bütün mühüm regionlardan 60 dövlət və hökumət başçısı da daxil olmaqla 350-yə yaxın rəsmi şəxs iştirak edəcək .
Azərbaycan lideri İlham Əliyev də foruma dəvət edilib. Prezidentin Dünya İqtisadi Forumundan iştirak edəcəyi gözlənilir.
Ermənistanın baş naziri Nikol Paşinyan da yanvarın 20-24-də keçiriləcək Davos Dünya İqtisadi Forumuna qatılacaq.
Qeyd edək ki, bu forum Azərbaycan və Ermənistan liderlərinin görüşü üçün uyğun platformadır. Daha əvvəl İlham Əliyevin Dünya İqtisadi Forumu çərçivəsində Paşinyanla görüşü olub.