Davudoğlu: “Həm qurudan, həm də havadan hücuma keçirik” – Video

davutoglu-hem-havadan-hem-karadan-vururuz-7590380_x_5168_300Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyəyə hücum edənləri həm havadan, həm də qurudan da hərbi müdaxilə ilə cəzalandırılacağını söyləyib.

Yenicag.az xəbər verir ki, Davudoğlu bu fikirləri BBC-yə müsahibəsində deyib.
O, “Türkiyə hökuməti Suriyada sabitlik yaratmaq üçün oraya hərbi qüvvələr göndərcəkmi?” sualına baş nazir belə cavab verib:
“Məncə, bu günə qədər kimsə oraya hərbi qüvvə göndərmək istəmir. Əgər Suriyada sabitliyi qorumaqda maraqlı olan qüvvələr yetirincə güclü olarsa, digər ölkələrində oraya əsgər göndərməsinə ehtiyac duyulmaz”.
Əhməd Davudoğlu Türkiyənin dövlət maraqlarına hər hansı təhdid olacağı halda Suriyaya müdaxiləni də istisna etmədi.