!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Davudoğlu İrana gedir: Gündəm Azərbaycan layihəsi

!Reklam – Yazi

ekran-resmi-2016-03-03-154844pngTürkiyənin baş naziri Əhməd Davudoğlu bu gün İrana səfər edəcək.

Səfər çərçivəsində Ə. Davudoğlu İran prezidenti Həsən Ruhani ilə görüşəcək. Görüşdə Suriyadakı atəşkəsin qorunması, PYD terror təşkilatının fəaliyyəti və iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq.

İrandan nəql olunan qazın qiymətinin endirilməsi ilə yanaşı İranın Trans-Anadolu Boru Kəməri layihəsinə (TANAP) qoşulması da diqqət mərkəzində olacaq. Xatırladaq ki, Türkiyə mavi yanacağın 30 faizini İrandan alır.

Qeyd olunub ki, İran üzərindən sanksiyaların götürülməsindən sonar iki ölkə arasında iqtisadi dövriyyənin iki il ərzində 30 milyard dollara çatdırılması da masa üzərində qoyulan sənədlərdən biri olacaq. Ümumilikdə isə tərəflər arasında 5 sənədin imzalanması gözlənilir.(Azvision)

www.yenicag.az

479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv