!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Davudoğlu istefa verdi

!Reklam – Yazi

96683Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin baş naziri Əhməd Davudoğlunun istefasını qəbul edib.

Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının mərkəzi qərargahında ayrı-ayrı nazirlərlə görüşündən sonra prezident sarayına gəlib.

Saraydakı qəbul Türkiyə vaxtı ilə 17:40-da başlayıb.

Ərdoğan bu qəbulda Davutoğlu tərəfindən təqdim edilən Nazirlər kabinetinin istefasını qəbul edib.

“Cənab prezident bu günə qədər etdiyi xidmətlərə görə kabinetə təşəkkürünü bildirib və Nazirlər Kabinetinin yeni hökumət qurulana qədər fəaliyyət göstərməyini istəyib”-Prezident sarayından verilən açıqlamada belə deyilir.

Qeyd edək ki, iyunun 7-də Türkiyədə keçirilmiş parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) 40,9, Cümhuriyyət Xalq Partiyası (CHP) 25, Milliyyətçi Hərəkat Partiyası (MHP) 16,3, Xalqların Demokratik Partiyası (HDP) isə 13,1 faiz səs toplayıb.

www.yenicag.az

748
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv