Davudoğlu: “Övladlarımızı da, özümüzü də fəda etməyə hazırıq”

скачанные файлы (1)“Demokratiyanı, ictimai nizamı, beynəlxalq etibarımızı və iqtisadi inkişafımızı qorumaq üçün terror təşkilatlarına qarşı əməliyyatlara başladıq. Mən bu əməliyyatın “Hüzur və demokratiya” deyirəm”.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə baş naziri Əhməd Davudoğlu Birjalar Birliyində təşkil edilən “Terrora qarşı vətəndaş təşəbbüsü” adlı tədbirdə deyib.

Baş nazir qeyd edib ki, bəzi qüvvələr türk millətinin dincliyini pozmaq istəyirsə, dövlətin vəzifəsi onlara qarşı mübarizə aparmaqdır: “Bundan sonra da sərhədimizdə əsgərə sıxılan bir güllə o gülləni sıxanların məhvi ilə nəticələnəcək. O vaxta qədər ki, İŞİD və başqa terror təşkilatları bir daha belə addım atmağa cəsarət etməsinlər. Bu vətən, bu vətənin birliyi, bu millətin dincliyi, gələcəyin parlaq olması üçün övladlarımızı da, özümüzü də fəda etməyə hazırıq. Bu fədakarlığı bütün dünya bilməlidir”.