Davudoğlu sensasion açıqlama verdi

img1747100Türkiyədə Nazirlər Kabinetinin iclasından sonra media qarşısına çıxan baş nazir Əhməd Davudoğlu sensasion açıqlamaları ilə yadda qalıb.

Yenicag.az müsavat-a istinadən bildirir ki, Türkiyəni sarsıdan Özgecan Aslan adlı qadının vəhşicəsinə qətlə yetrilməsindən danışan Davudoğlu sərt addımlar atacaqlarını bildirib.

“Özgecan Arslanın və şiddət görən bütün qadınların problemləri ilə bağlı Nazirləri Kabinetinin iclasında mühüm məsələlər müzakirə olundu. Özgecanın cinayətkarları tezliklə yaxalanıb. Məhkəmənin cinayətkarları ən sərt şəkildə cəzalandıracağına inanıram.

Qadınlara qarşı zorakılıq mövzusunda yeni fəaliyyət planı təsdiq edəcəyimizi qərarlaşdırdıq.”

Jurnalistlərin suallarını cavablandıran Davudoğlu edam cəzasının yenidən tətbiq olunacağını istisna etməyib.

“Bu, elə bir dəhşət ki, bu məsələdə heç bir cəza bu olayın qarşılığı deyil. Bu barədə məhkəmənin ən üst cəzanı verəcəyinə inanıram.

Heç bir dəyərin qəbul etməyəcəyi vəhşicəsinə bir hücum var. O gün təkcə Özgecan deyil insanlıq vicdanı qətlə yetirildi. Cəmiyyətdə bir həssaslıq yarandı. Özgecanın ölümü ilə ortaya çıxacaq yeni fəaliyyət proqramımız, bəlkə də bir çox qadının həyatının xilas olmasına səbəb olacaq “.

COP29