!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Davudoğlu vəzifəsindən öz istəyi ilə gedir – Ərdoğan

!Reklam – Yazi

erdogan-davutogluTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf partiyasının (AKP) qurultayı və Əhməd Davudoğlunun istefasına münasibət bildirib.

AzVision.az xəbər verir ki, Ərdoğan “xeyirli olsun. Bu, baş nazirin öz qərarıdır”-deyə jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Türkiyənin hakim partiyasının növbəti qurultayı bu il mayın 22-də baş tutacaq. Qurultayda partiyanın lideri, baş nazir Əhməd Davudoğlunun istefaya gedəcəyi və yeni sədrin seçiləcəyi gözlənilir.

AKP-nin yeni sədri həm də baş nazir kreslosuna əyləşəcək. Bu vəzifəyə əsas namizədlər kimi Binali Yıldırım, Bəkir Bozdağ, Berat Albayrak, Numan Kurtulmuş və Mehmet Müəzzinoğlunun adları çəkilir.

www.yenicag.az

735
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv