!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Davudoğlu yenidən AKP sədri seçilib

!Reklam – Yazi

imagesƏhməd Davudoğlu yenidən AKP sədri seçilib.

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında keçirilən səsvermədə 1360 nəfər iştirak edib.

Ə. Davudoğlunun namizədliyini 1353 nümayəndə dəstəkləyib. Bülletenlərin 7-si etibarsız sayılıb.

Qeyd edək ki, 1959-cu ildə anadan olan professor Ə. Davudoğlu Ədalət və İnkişaf Partiyasının iqtidara gəldiyi 2002-ci ildən bəri baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Abdullah Gülün müşaviri olub.Türkiyənin xarici siyasət paradiqmasının dəyişməsində həlledici rol oynayan Ə. Davudoğlu 1 may 2009-cu ildə baş nazir Ərdoğanın hökumətdə etdiyi köklü dəyişiklik nəticəsində millət vəkili olmadan xarici işlər naziri vəzifəsinə təyin edilib. 12 iyun 2011-ci ildə AKP Konya millət vəkili seçilən Ə. Davudoğlu 61-ci hökumətdə də xarici işlər naziri vəzifəsini tutub.

Rəcəb Tayyib Ərdoğanın 10 avqust 2014-cü ildə prezdent seçilməsindən sonra AKP-nin 27 avqustda keçirilən qurultayında partiyanın sədri seçilən Ə. Davudoğluna 28 avqustda yeni hökuməti qurmaq səlahiyyəti verilib, həmin gün Türkiyənin 62-ci hökuməti Ə. Davudoğlu tərəfindən qurulub.7 iyun 2015-ci ildəki seçkiyə Ə. Davudoğlunun rəhbərliyi altında gedən AKP əvvəlki seçkiylə müqayisədə 9% səs itirərək, 12.5 illik təkbaşına iqtidarını itirib.

İyulun 9-da prezident Ərdoğan 63-cü hökuməti qurmaq səlahiyyətini AKP lideri Əhməd Davudoğluna versə də, CHP və MHP ilə məsləhətləşmələrdən sonra koalisiya hökumətini qurmaq mümkün olmayıb. Avqustun 23-də konstitusiyadakı səlahiyyətlərindən istifadə edən prezident Ərdoğan noyabrın 1-də erkən seçki keçirilməsinə dair qərar qəbul edib. Seçkiyə qədər 2 aylıq müddətdə Məclisdə təmsil edilən bütün partiyaların iştirakıyla müvəqqəti hökumətin qurulması vəzifəsi prezident tərəfindən yenə Ə. Davudoğluna verilsə də, CHP və MHP həmin hökumətə nazir verməyib. Ə. Davudoğlu AKP, HDP və müstəqil deputatlardan ibarət yeni hökumət qurub. Bu hökumətin əsas vəzifəsi ölkəni 1 noyabrdakı seçkiyə aparmaqdır(APA).

www.yenicag.az

579
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv