Davudoğlundan Türkeş jesti – Dəvətlilərin SİYAHISI

davutoglundan-flas-erken-secim-aciklamasiPrezident Ərdoğan tərəfindən müvəqqəti Nazirlər Kabinetini qurmaq vəzifəsini qəbul edən Əhməd Davudoğlu müxalif millət vəkillərinə yazılı olaraq, nazir olmaq təklifini irəli sürüb.

Müvəqqəti Nazirlər Kabinetində CHP-yə 5, MHP və HDP-yə 3 nazirlik düşür. Lakin CHP və MHP bu NK-ya nümayəndə göndərməyəcəklərini bəyan ediblər. Ana müxalifətin bu boykotunu qırmaq üçün AKP partiyaya deyil, deputatlara dəvət göndərib.

Yenicag.az xəbər verir ki, dəvət bu deputatlara göndərilib:

CHP-dən İstanbul  millət vəkili Erdoğan Toprak, Ankara millət vəkili Tekin Bingöl, Antalya millət vəkili Deniz Baykal, İstanbul millət vəkili İlhan Kesici, Ankara millət vəkili Gülsün Bilgehan.

MHP-dən İstanbul millət vəkili Meral Akşener, İzmir millət vəkili Ahmet Kenan Tanrıkulu, Ankara millət vəkili Tuğrul Türkeş.

HDP-dən İstanbul millət vəkili Levent Tüzel, İzmir millət vəkili Müslüm Doğan, Kocaeli millət vəkili Ali Haydar Konca.

Təklif edilən nazirliyi qəbul etməyənlərin yerinə parlamentdən kənar namizədlər seçiləcək.

Yenicag.az