!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Zaman"ın sabiq yazarı Mahçupyan Hollandiyanı haqlı çıxarıb

!Reklam – Yazi

 

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun baş məsləhətçisi Etyen Mahçupyan, Hollandiya – Türkiyə diplomatik böhranını yaradanın Ankara olduğuna eyham vurub.

Yeniçağ.Az xəbər verir ki, “Karar” qəzetinin yazarı və sabiq baş nazir Əhməd Davudoğlunun baş məsləhətçisi, eyni zamanda illərlə “Zaman”da yazmış  Etyen Mahçupyan bugünkü yazısında Hollandiya ilə Türkiyə arasındakı gərginliyi qələmə alıb.

“Avropa nə edir?” adlı yazıda Mahçupyan, Türkiyənin Hollandiyadakı seçkilərə rəğmən inad etdiyini, buna görə də Hollandiyanın qadağa qoyduğunu ifadə edib. Mahçupyanın yazısında sözügedən hissə belədir:

“Hollandiya mətbuatına baxdıqda bunları oxuyursunuz: Hollandiya, Türkiyəli nazirlərə gəlməyin deməyib. Bu həftə bizdə seçkilər olacaq, gələn həftənin sonu gəlin. (Hərçənd ki, hazırkı baş nazir Binəli Yıldırım 6 martda televiziya yayımında 14-ündən tez gedə bilməyəcəyini qeyd etmişdi). Ancaq Türkiyə təkid və təhdidlə çıxış etdiyinə görə, Hollandiya höküməti bu vəziyyətə cavab olaraq qadağa qoyub. Həmçinin Türkiyə Konsulluğunun Hollandiyanın rəsmi qurumlarına doğru məlumat vermədiyi, polisi çaşdırmağa çalışdığı deyilir… Bunlara türkiyəlilərin aksiyalarının arxasında Türkiyə hökümətinin dayandığını da əlavə edin…”

“Avropanı “vurmaq” bizi rahatlada bilər, qısa müddət üçün siyasətdən gözlənilən nəticələr alına bilər… Ancaq özümüzə bu sualı verməliyik: Türkiyə nə edir? Çünki bu gediş Türkiyəni iqtisadiyyatı, siyasəti və sosial nizamı ilə birlikdə düşünüləndən daha tez bir zamanda divara çırpa bilər.”

Yeniçağ.Az

www.yenicag.az

623
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv