Daxili aviareyslər kəskin bahalaşdı

Türkiyənin milli valyutasının rekord səviyyədə dəyərdən düşməsi fonunda ölkədə səfər qiymətləri artıb.

Yenicag.az xəbər verir ki, daxili reyslər üçün birtərəfli uçuşlarda maksimum səviyyə 43 faiz artımla 1 150 lirədən (72,68 manat) 1 650 lirəyə (104,28 manat) yüksəlib.

Bu barədə Türkiyə mediasında xəbər yayılıb. Ölkənin Mülki Aviasiya Baş İdarəsi isə iddianı təsdiqləməyib.

Bununla belə birtərəfli reys qiymətlərinə baxdıqda biletlərin 1 650 lirəyə qədər bahalaşdığı görünüb.
Türkiyə Avtobus Sürücüləri Federasiyası (TOFED) öz növbəsində bildirib ki, təyyarə biletlərinin bahalaşmasından sonra ölkədə avtobus reyslərinə tələbat artıb.

Mənbə: Haber Global