Ukraynanın daxili işlər naziri Arsen Avakovun oğlu Aleksandr bu gün Milli Antikorrupsiya Bürosunun (MAB) əməkdaşlarının aparılan axtarışlarından sonra saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin keçmiş müşaviri İlya Kiva xəbər verib.
O bildirib ki, Aleksandr Avakov Korrupsiya Əleyhinə Milli Büro əməkdaşlarının apardıqları axtarışdan sonra saxlanılıb.
İ. Kivanın sözlərinə görə, axtarış nəticə vermədiyindən Korrupsiya Əleyhinə Milli Büro əməkdaşları nazirin oğluna məxsus telefon və planşetləri götürüblər. O əlavə edib ki, Aleksandr Avakov məhkəməyə aparılmalıdır. (APA)