Daxili Qoşunların hərbi qulluqçuları təltif edildi – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamla xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

“Vətən uğrunda” medalı ilə

Hüseynov Tofiq Vaqif oğlu – general-mayor

Muradov İnqilab Heydər oğlu – general-mayor

“Hərbi xidmətlərə görə” medalı ilə

Babayev Elxan Eyyub oğlu – polkovnik-leytenant

Həsənov Ayaz Şərif oğlu – polkovnik-leytenant

Xanbabayev Vahid Qəzənfər oğlu – polkovnik-leytenant

Kazımov Elbəy Cəfər oğlu – polkovnik-leytenant

Kərimov Oqtay Nəbi oğlu – polkovnik-leytenant

Kərimov Təbriz Vidadi oğlu – polkovnik-leytenant

Məmmədov Kamil İsmət oğlu – polkovnik-leytenant

Murğuzov İlqar Bəhram oğlu – polkovnik-leytenant

Mustafayev Urfan Lətif oğlu – tibb xidməti polkovnik-leytenantı

Zeynalov Namiq Qafar oğlu – polkovnik-leytenant

Əliyev Hüseyn Ağasəf oğlu – mayor

İsmayılov Ceyhun Təbriz oğlu – mayor

Məmmədov Kamran Kamil oğlu – mayor

Quliyev Qəşəm Qalib oğlu – kapitan

Yusifov Məmməd Ələkbər oğlu – kapitan

Məmmədov Cavanşir Əlsəddar oğlu – baş gizir.