Daxili Qoşunların şəhid olan hərbçilərinin SAYI

Vətən müharibəsində Daxili Qoşunların yüzlərlə hərbi qulluqçusu da iştirak edərək cəsarət və igidlik nümunələri göstərib.

Yenicag.az xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.

Nazir bildirib ki, onlardan 65 nəfəri şəhid olub, 347 nəfəri yaralanıb.