“Dayan!” əmrinə tabe olmayan sürücü avtomobili ilə polisi əzdi

Türkiyədə polis saxlamağa çalışdığı sürücü tərəfindən öldürülüb.

Yeniçağ.az xarici KİV-ə istinadən xəbər verir ki, dayan əmrinə tabe olmaya sürücü avtomobilini polisin üzərinə sürüb və hadisə yerindən qaçıb. Xəstənaya çatdırılan 43 yaşlı polisin həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxsin axtarışları ilə bağlı istintaq başladılıb.

Yeniçağ.az