“Dayanıqlı inkişaf məqsədləri ilə bağlı qarşımıza qoyduğumuz vəzifə istədiyimiz səviyyədə icra olunmayıb”- BMT nümayəndəsi

Dayanıqlı inkişaf məqsədləri ilə bağlı qarşımıza qoyduğumuz vəzifə istədiyimiz səviyyədə icra olunmayıb.

Yenicag.az xəbər verir ki, bunu BMT baş katibi yanında İİV-lə birgə mübarizə proqramının icraçı direktoru Vinni Byanima “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışında deyib.

O bildirib ki, bu il martın 11-də ÜST-nin bütün dünyada COVID-19 pandemiyasının elan edilməsinin 3 ili tamam olacaq:

“Əslində bu müddət ərzində dayanıqlı inkişaf məqsədləri ilə bağlı qarşımıza qoyduğumuz vəzifə istədiyimiz qədər icra olunmamışdır”.