“Dayanıqlı sülhün yolu iki dövlətli həlli müdafiədən keçir” – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fələstin Prezidenti Mahmud Abbas arasında görüş başa çatıb.

Yenicag.az-ın Türkiyə bürosu xəbər verir ki, prezidentlər görüşdən sonra mətbuat konfransında çıxış ediblər.

Ərdoğan görüşdə Fələstindəki mövcud vəziyətin müzakirə edildiyini bildirib. Türkiyə Prezidenti: “BMT başda olmaqla, beynəlxalq cameənin Fəlsətin probleminə güclü formada dəstək verməsi vacibdir. Fələstinə dəstəyimizi vermişik və davam etdirəcəyik. Bölgədə ədalətli və dayanıqlı sülhün yolu iki dövlətli həlli müdafiədən keçir”, – deyə qeyd edib.