Dayı ilə bacısı qızının eyni sinifdə oxuması maraqla qarşılanıb.
Yenicag.az TRT-yə istinadən xəbər verir ki, İsparta Yakaörən kəndində 7 yaşlı Ayşənil Qaya 8 yaşındakı dayısı Uğur Arslantürk ilə sinif yoldaşıdır.
Dayı-bala məktəbə birlikdə gəlib-gedir, eyni sırada oturur və bütün günlərini bərabər keçirirlər.
Onlar yerli mediaya bir-biri ilə yaxşı anlaşdıqlarını bildiriblər.