Dayısı qızını qaçırdı

88139Bakıda qızı qaçırılan kişi polisə müraciət edib.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, yanvarın 21-də saat 22 radələrində şikayət ərizəsi yazan 1964-cü il təvəllüdlü Məhiyəddin Teymurov (bütün ad və soyadlar şərtidir) bildirib ki, qızı, 1994-cü il təvəllüdlü Reyhan yaxın qohumu tərəfindən qaçırılıb. 51 yaşlı kişi qeyd edib ki, qızını bacısı oğlu, 1989-cu il təvəllüdlü Cəlilov Elçin Fikrət oğlu Gürcüstan Respublikasının Qardabani rayonuna qaçırıb.

Şikayətçi əlavə edib ki, qızını qaçıran şəxs Gürcüstan vətəndaşıdır və o, evlənmək məqsədi ilə bu addımı atıb.

M.Teymurov qızının tapılaraq ata evinə qaytarılması üçün polisdən kömək istəyib.

Məsələ ilə bağlı zəruri araşdırmalar aparılır.

COP29