DÇ-2018: Argentina millisinin baş məşqçisi istefa verdi

Dünya çempionatının 1/8 final mərhələsində mübarizəni dayandıran Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli istefa verib.

Yenicag.az xəbər verir ki, Argentina Futbol Federasiyasının rəhbərliyi təcrübəli mütəxəssisin istefasnı qəbul edib.

Qeyd edək ki, Argentina 1/8 finalda Fransa millisinə 3:4 hesabı ilə uduzaraq mundialla vidalaşıb.