!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

DÇ-2018: Braziliya və Belçika 1/4 finalda

!Reklam – Yazi

Rusiyada keçirilən dünya çempionatı davam edir.

Yenicag.az xəbər verir ki, bu gün 1/8 finalın daha iki qarşılaşması baş tutub.

İlk olaraq meydana Braziliya və Meksika komandaları çıxıb. Düzdü, favorit “sambaçılar” idi, lakin Meksika da asan yem olmadığını sübut etmişdi. Amma braziliyalılar bu oyunda 2 cavabsız qolla qalib gələrək mərhələ adlamağa nail olublar.

Günün ikinci matçında isə Belçika Yaponiya ilə münasibətlərə aydınlıq gətirib. Bu görüşün də gərgin və maraqlı keçəcəyi gözlənilirdi. Yaponlar iki qol vuraraq üstünlük qazansalar da, bunu qoruyub saxlaya bilməyiblər. Ardıcıl 3 qol vuran belçikalılar əzmkar qələbə ilə mərhələ adlayıblar.

Dünya çempionatı
1/8 final mərhələsi

2 iyul

18:00. Braziliya – Meksika 2:0
Qollar: Neymar, 51. Firmino, 88.
Baş hakim: Canluka Rokki (İtaliya)
Samara. “Kosmos Arena”

22:00. Belçika – Yaponiya 3:2
Qollar: Yan Vertongen, 69. Maruan Fellaini, 74. Naser Şadli, 90+4 – Qenki Haraquçi, 48. Takaşi İnui, 52.
Baş hakim: Malanq Dyediu (Seneqal)
Rostov. “Rostov Arena”

www.yenicag.az

6129
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv