DÇ-2018-də danışılmış oyun: Falkao nəticəni belə razılaşdırdı – VİDEO

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Kolumbiya – Peru matçının nəticəsi əvvəlcədən razılaşdırılıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bunda Kolumbiya millisinin kapitanı Radamel Falkaonun rolu olub.

Belə ki, matçının gedişində Kolumbiya millisinin baş məşqçisi Xose Pekerman ulduz futbolçuya digər oyunlardakı nəticələri deyib. Braziliyanın Çiliyə 3:0 hesabı ilə qalib gəldiyini, Venesuela yığmasının da Paraqvayın qapısından top keçirdiyini bildirən baş məşqçi, oyunun elə bu hesabla -1:1-lə çatmalı olduğunu söyləyib. Falkao da Peru millisinin üzvlərinə yaxınlaşaraq matçı sakit tərzdə başa vurmalı olduqlarını deyərək, onlarla razılaşıb.

Qeyd edək ki, oyunun 1:1 hesabı ilə başa çatması Kolumbiyaya mundiala birbaşa vəsiqəni təmin edib. Peruya isə Yeni Zelandiya ilə “play-off”da üz-üzə gələcək.

Sözügedən qarşılaşma ilə bağlı FİFA-nın hansı qərar verəcəyi maraqla gözlənilir.

COP29