!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

DÇ-2018-də oynayacaq daha bir xoşbəxt ölkə bəlli oldu

!Reklam – Yazi

Şimali Amerika zonasında DÇ-2018-in seçmə mərhələsinin bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, Kosta-Rika Hondurası qəbul edib. Meydan sahibləri oyuna əlavə edilmiş dəqiqələrdə məğlubiyyətdən xilas ola biliblər – 1:1.

Bu heç-heçə sayəsində Kosta-Rika qrupda 2-ci yeri təmin edib. Bununla da onlar DÇ-2018-in final mərhələsinə vəsiqə qazanıblar. Meksika daha əvvəl DÇ-yə vəsiqə qazanmışdı.

Son turda daha bir vəsiqənin sahibi və Avstarliya-Suriya cütünün qalibi ilə pley-off oynayacaq komanda bəlli olacaq.

Qeyd edək ki, Kosta-Rika DÇ-2018-ə vəsiqə qazanan 13-cü komandadı. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya və Nigeriya yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

www.yenicag.az

1468
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv