KONKAKAF zonası üzrə DÇ-2018-in seçmə mərhələsində növbəti turun oyunları keçirilib.
Yenicag.az xəbər verir ki, Meksika öz meydanında Panamaya 1:0 hesabı ilə qalib gəlib. Bu qələbədən sonra xallarının sayını 17-yə çatdıran Meksika DÇ-2018-n final mərhələsinə vəsiqəni təmin edib.
ABŞ yığması isə öz meydanında Kosta-Rikaya məğlub olub – 0:2. Honduras da səfərdə Trinidad və Tobaqo yığmasından üstün olub – 2:1.
Kosta-Rika 14 xalla 2-ci pillədə qərarlaşıb. ABŞ və Honduras isə 8 xal toplayaraq 3 və 4-cü yerləri bölüşdürürlər.
Qeyd edək ki, meydan sahibi Rusiya ilə yanaşı, artıq Braziliya, İran və Yaponiyanın da mindialda oynayacağı öncədən bəlli idi. Meksika bu siyahıda 5-ci xoşbəxt olub.