DÇ-2018: Ən yaşlı futbolçu, penaltidə gülənlər və 44 illik rekord

9 gün sonra Rusiyada keçiriləcək Dünya Çempionatında 5 rekord qeydə alına bilər.

Yenicag.az xəbər verir ki, bunlardan biri mundialda iştirak edən ən yaşlı futbolçu ilə bağlıdır.

Kolumbiya millisinin sabiq qapıçısı Ali Farid Mondraqon bundan öncəki DÇ-də 43 yaşında meydana çıxaraq ən yaşlı oyunçu statusuna sahib çıxıb.

Ancaq Misir millisinin qapıçısı Essam El Hadaryi bu rekordu yeniləyə bilər. O, meydana çıxacağı halda 45 yaşında mundialın ən yaşlı oyunçusu ünvanına sahib çıxacaq.

Dünya çempionatı tarixində Braziliya-İsveç, Almaniya-Serbiya və Argentina-Almaniya 7 dəfə bir-biri ilə qarşılaşıb. 9 gün sonra başlayacaq mundialda Braziliya ilə İsveçin, Almaniya ilə Argentinın üz-üzə gələcəyini nəzərə alsaq, bu, DÇ-nin rekordu olacaq. Sözügedən komandalar çempionatda ən çox üz-üzə gələn komandalar olacaq.

2014-cü ildəki mundialda Almaniyaya 1:7 hesabı ilə məğlub olan Braziliya üçüncülük uğrunda da Hollandiya qarşısında aciz qalmışdı – 0:3. Nəticədə “sambaçılar” ardıcıl iki yarışı 4-cü bitirən ilk komanda olub. Dünya çempionatında ən çox 4-cü olan komanda isə Uruqvaydır. Onlar 3 dəfə mükafatçılar sırasında yer almayıblar.

Dünya Çempionatında zəfər qazanıb, növbəti çempionluğu ən çox gözləyən komanda İtaliyadır. İtaliyanın 44 illik rekordunu qıra biləcək iki komanda var. Bunlar Uruqvay (1950) və İngiltərə (1966) milliləridir. İtaliya isə 1938-ci ildə çempion olduqdan sonra 1982-ci ildə yenidən seviniblər.

Dünya çempionatı tarixində penalti seriyasında ən çox qazanan iki komanda var. Bunlar Almaniya və Argentina yığmalarıdır. Hər iki komanda 4 dəfə penalti seriyasında seviniblər. Bu iki ölkədən biri penaltilər seriyasında yenidən qalib gələcəyi halda DÇ-də daha bir rekord qeydə alınacaq. “Lotereya”ların ən uğursuz komandaları isə İtaliya və İngiltərə milliləridir.

Emin Səfərov

COP29